AZ

“Tarqovı”da yanğın oldu

Tarqovı”da yanğın baş verib.

“Sitat.info” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub:

“Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Göstərilən ünvanda fəaliyyət göstərən restoranlardan birinin tüstü bacasında baş vermiş kiçik alışma qısa müddətdə söndürülüb”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
10
sitat.info

10Mənbələr