Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İran-Ermənistan sərhədində dislokasiya olunan Federal Təhlükəsizlik Xidməti (FTX) Sərhədyanı İdarəsinin 127-ci dəstəsini ziyarət edib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, səfiri dəstənin rəisi A.Şerbakov qarşılayıb. O, gələn ilə fəaliyyət göstərməsinin 70-ci illiyi qeyd olunacaq dəstənin tarixi və gördükləri işlə bağlı səfiri tanış edib.
Xatırladaq ki, FTX Ermənistan-İran və Ermənistan-Türkiyə dövlət sərhədlərini mühafizə edir. Bu günlərdə Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya sərhədçilərinin ölkədən çıxarılması ilə bağlı məsələyə baxacaqlarını deyib./axar.az/