AZ

Lazımsız təşkilat: İrəvan bu səbəbdən Minsk qrupunun ləğvini dəstəkləmir -PƏRDƏARXASI

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kəlbəcərdə jurnalistlərə açıqlamasında bildirib ki, Minsk qrupunun və onunla əlaqədar olan institutların saxlanması cəhdləri Ermənistanın başqa niyyətlərinin olmasından da xəbər verə bilər. O qeyd edib ki, belə bir institut mövcud deyil, hansısa formada fəaliyyətinin mümkünlüyü də reallıqdan tam kənardır: 
"Ona görə də Minsk qrupu və onunla əlaqəli institutlarla bağlı fəaliyyətə də tam son qoyulmalıdır. Azərbaycan tərəfi də ATƏT çərçivəsində Ermənistan və Azərbaycanın bununla əlaqədar bigə mövqe nümayiş etdirməsini təklif edib. Amma Minsk qrupunun və onunla əlaqədar olan institutların saxlanması cəhdləri Ermənistanın başqa niyyətlərinin olmasından da xəbər verə bilər. Azərbaycan tərəfindən bu etimad yaradan bir məsələ deyil".

Siyasi şərhçi Mübariz Göyüşlü “Sherg.az”a söyləyib ki, Ermənistanın sözügedən cəhdləri sülh sazişini növbəti dəfə uzatmaq üçün düşünülən addımlarından biridir: 

“ATƏT-in Minsk qrupunun varlığını münaqişə mövcud olanda da hiss etmirdik. Yəni hansısa çalışmasını görə bilmirdik. Sadəcə olaraq turist səfərləri edirdilər və yeyib-içməklə məşğul olurdular. Amma ortada heç bir nəticə yox idi. ATƏT-in Minsk qrupunun bu fəaliyyəti dəfələrlə müzakirə olunub. Azərbaycan tərəfi də öz etirazını hər dəfə bildirib. Ermənistan tərəfini isə Minsk qrupunun fəaliyyəti qane edirdi. Çünki Azərbaycan torpaqlarını işğal etmişdilər və həmin ərazilərdə öz arsenallarını formalaşdırırdılar. Azərbaycan isə heç zaman torpaqlarının işğalda olmasıyla barışmırdı. Artıq münaqişə həll olunub və Azərbaycan öz suverenliyini bütün ərazilərində bərpa edib. İndi mövcud situasiyada ATƏT-in Minsk qrupu hansı missiyanı yerinə yetirəcək və yaxud problemi yoluna qoyacaq? Ona görə də Minsk qrupu və onun təmsilçilərinə son qoyulmalıdır. Ermənistan sülh sazişi ilə bağlı danışıqlarda müəyyən güzəştlər əldə etmək üçün Minsk qrupunun ləğvini dəstəkləmir”.
Seçilən
43
38
sherg.az

10Mənbələr