AZ

"Albayrak" "Orta Dəhliz"in buraxılış gücünü artırmaq istəyir

Türkiyənin "Albayrak" şirkətlər qrupu Bakı və Trabzon dəniz limanları vasitəsilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun ("Orta Dəhliz") buraxılış gücünü artırmaq niyyətindədir.

"Far.Az" xəbər verir ki, bunu holdinqin biznesin inkişafı üzrə direktoru Cumhur Güzəlçiftçi Bakıda "Qara dəniz və Xəzər dənizlərində beynəlxalq nəqliyyat dəhlizləri" mövzusunda keçirilən "Qara dəniz-Xəzər Logistika Forumu 2024" tədbirində bildirib.

Onun sözlərinə görə, bu ilin yanvar-avqust aylarında iki liman arasında 180 min ton daşınıb: "Biz yük axınını artırmaq istəyirik. Trabzon limanını aktivləşdirəcəyik. Bu istiqamətdə investisiyalarımız davam edəcək. Orta Dəhlizi daha cəlbedici görmək istəyirik".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
3
far.az

4Mənbələr