AZ

Azərbaycanda restoranda 2 nəfərin şam yeməyi neçəyə başa gəlir

Azərbaycanda orta səviyyəli restoranda 2 nəfər üçün nəzərdə tutulan menyunun orta qiyməti 60 manat (35,3 dollar) təşkil edir.

Yeniavaz.com məşhur araşdırma portalı "Numbeo”nun açıqladığı məlumatlara istinadən xəbər verir ki, bu ilin əvvəlində 2 nəfərlik menyunun orta qiyməti 57,8 manat (34 dollar) olub.

Qeyd edək ki, 2 nəfər üçün nəzərdə tutulan menyuya 3 cür yemək – salatlar, əsas yeməklər və desertlər daxildir.

Müqayisə üçün bildirək ki, 2 nəfər üçün nəzərdə tutulan menyunun orta qiymətinin ən yüksək olduğu ölkə İsveçrə hesab olunur. Bu ölkədə 2 nəfərin restoranda yeməyə xərcləyəcəyi məbləğ 130,5 dollara bərabərdir. 

Ən ucuz menyu isə Banqladeşdə qeydə alınıb. Bu ölkədə 8,4 dollar ödəyərək 2 nəfər restoranda yemək yeyə bilər. 

Region ölkləri arasında isə ən ucuz menyu İranda olub. İranda 2 nəfər üçün nəzərdə tutulan menyunun orta qiyməti 20,8 dollar təşkil edib.

Seçilən
14
5
qaynarinfo.az

6Mənbələr