AZ

Son bir ayda Binəqədidə 29 kiloqram narkotik, avtomat və tapançalar aşkarlanıb

Bakının Binəqədi rayonunda əməliyyatlar zamanı narkotik vasitələr və odlu silahlar aşkarlanıb.
Cia.az xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib
Bildirilib ki, son bir ay ərzində keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli 98 fakt aşkarlanıb:
"Ümumilikdə 29 kiloqram narkotik vasitə, o cümlədən 15 kiloqram heroin, 6 kiloqram tiryək və 8 kiloqram marixuana qanunsuz dövriyyədən çıxarılıb. Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir. Həmçinin Binəqədi rayonunda polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər zamanı 2 "Kalaşnikov" avtomatı, 2 "Makarov" tapançası və 21 ədəd patron aşkarlanıb."

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
27
cia.az

10Mənbələr