AZ

Naxçıvanda İrandan Türkiyəyə yük aparan maşında xeyli psixotrop dərman aşkarlanıb

Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına PVC (polivinil xlorid) yükü aparan yük nəqliyyat vasitəsinə daxil olmuş əməliyyat məlumatı əsasında gömrük baxışı keçirilib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin müxtəlif gizli saxlanc yerlərindən təsiredici maddəsinin miqdarı 6436.125 qram olan 28 605 həbdən ibarət "Tramadol hidroxlorid" tərkibli dərman preparatları aşkar edilib.

Qeyd edək ki, "Tramadol" "Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

 

 

Seçilən
40
24
poliqon.info

10Mənbələr