Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10 ildə ölkə üzrə boşananların ümumi sayı 138 min təşkil edib.
2024-cü ilin yanvar-iyul ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 26 min 837 nikah və 12 min 370 boşanma halları qeydə alınıb.
Maraqlıdır, Azərbaycanda boşanmaların bu qədər artmasına səbəb nədir? Gənclər niyə boşanır?
Qlobal.net xəbər verir ki, mövzu ilə bağlı psixoloq Gülnar Orucova Manset.az-a açıqlamasında bildirib ki, boşanmaların birinci səbəbi xəyanətdir. Xəyanəti isə yayan sosial şəbəkələrdir.
Ətraflı video materialı təqdim edirik: