AZ

Livanda yeni partlayışlar: Ölən və yaralananların sayı artıb

Livanda rabitə cihazlarının yeni partlaması nəticəsində ölənlərin sayı doqquza çatıb, 300-dən çox yaralı var.

hakimiyyet.az "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, bu barədə sentyabrın 18-də ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, zərərçəkənlərin sayı arta bilər.

19:04

Livanda yeni partlayışların bəzi detalları məlum olub.

hakimiyyet.az xəbər verir ki, bu barədə "Mash" tg-kanalı yazır.

Qeyd olunur ki, Beyrutda avtomobillər və mopedlər partlayır.

Yerli sakinlərin sözlərinə görə, avadanlıqlar əvvəlcə titrəyir, sonra partlayır.

Həmçinin bildirilir ki, elektron avadanlıqların yeni partiyaları birbaşa mağazalarda partlayır.

Ölənlərin sayı üç, yaralananların sayı isə 150 nəfərə çatıb. Bu rəqəm əhəmiyyətli dərəcədə arta bilər.

18:36

Livanda rabitə cihazlarının yeni partlayışları barədə məlumat yayılıb.

hakimiyyet.az xəbər verir ki, bu barədə Livan mediası bildirir.

Jurnalistlərin məlumatına görə, Beyrut da daxil olmaqla Livanda partlayışlar baş verir. Ancaq bu dəfə mobil telefonlar və avtomobil radioları kimi digər cihazlar partlayır.

Partlayış səsləri yaşayış binalarında da eşidilir.

İlkin məlumata görə, insidentlər nəticəsində azı yüz nəfər xəsarət alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
3
hakimiyyet.az

4Mənbələr