AZ

Ronaldonun həmyerlisi qəpik-quruş qarşılığında Azərbaycan klubunda

  “Kəpəz” heyətini daha bir legionerlə gücləndirib.

Klubun mətbuat xidməti saytımızın sentyabrın 11-də yaydığı informasiyanı az öncə rəsmən tirajlayıb (https://www.sportinfo.az/idman_xeberleri/kepez/203297.html).

Gəncə təmsilçisi Dioqo Verdaska ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. 27 yaşlı portuqaliyalı müdafiəçi mövqeyində çıxış edir.

Dioqo Verdaskanın son klubu İspaniyanın Sequnda (La Liqa 2) təmsilçisi “Mirandes” olub. "Portu"nun yetirməsi İspaniyada "Real Saraqosa"da, eləcə də "Beytar" (İsrail, Yerüsəlim) və "Şlensk"da (Polşa, Vrotslav) oynayıb.

Kriştianu Ronaldonun həmyerlisi Azərbaycana iri pullar arxasınca gəlməyib. Aylıq qazancı 5000-5500 dollardan o yana keçməyəcək.

Halbuki “transfermarkt” kimi tanınan bir çox beynəlxalq portallarda onun real qiyməti 200 min avro olaraq göstərilir.

Gəncə klubu bu mövsüm Elmir Tağıyev, Nicat Süleymanov, Paulo Rojerio, Kərim Lkoça, Məmməd Hüseynov, Lassana Ndiaye, İlkin Qırtımov, Viktor Braqa, Orxan Əliyev, Rauf Hüseynli, Turan Manafov və Valdemar Almeydanı da transfer edib.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
1
referans.az

2Mənbələr