“50 yaşdan sonra iş üçün gələndə deyirlər, çox yaşlısan. 50 yaşda pensiyaya gedəndə də deyirlər, bunun üçün cavansan”.
Medianews.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova “Xəbər ertəsi” verilişində deyib. Aparıcı universitet bitirən gənclərin iş tapa bilməməsindən şikayətlənib:
“Tələbələr iş axtaranda deyirlər təcrübə lazımdır. Bölgələrdə yaşayan insanlar çətinlik çəkirlər. 20-21 yaşlı universitet bitirənə deyir, təcrübə lazımdır. Bunu özün yarat da. İdarələr diplomlu uşağa deyir ki, get təcrübə yığ gələrsən. Tələbə bunu necə toplasın?”.