AZ

BMT İsrailin Fələstin torpaqlarından çıxmasını tələb etdi–İsrail qətnaməni rədd etdi

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İsrail ordusunun Fələstin ərazilərindən 12 ay ərzində çıxarılması tələbinin qoyulduğu qətnaməni 124 səslə qəbul edib.

Sənədin lehinə 12 ölkə çıxıb, 43-ü isə bitərəf qalıb.

Qətnamədə həmçinin ölkələr İsrailin yaşayış məntəqələrindən idxal olunan məhsullara qadağa qoyulmasına çağırılıb.

Bu, Fələstin tərəfinin BMT-də bir sıra hüquqlara yiyələndikdən sonra təqdim etdiyi ilk ali sənəddir.

 

İsrail BMT Baş Assambleyasının Fələstin ərazilərinin azad edilməsini tələb edən yeni qətnaməsini rədd edib.

Bu barədə İsrailin Xarici İşlər Nazirliyinin bəyanatında məlumat verilib.

“İsrail Baş Assambleyanın təhrif olunmuş və reallıqdan uzaq olan qərarını rədd edir və bu gün Nyu-Yorkda keçirilən axmaqlıq paradına qatılmayan dünyanın aparıcı ölkələrinə təşəkkür edir. Bu gün BMT Baş Assambleyası adlanan siyasi teatr reallıqla əlaqəsi olmayan, terrorizmi təşviq edən və sülh şanslarına zərər verən təhrif edilmiş qərar qəbul edib”, – bəyanatda deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
14
azpost.info

10Mənbələr