"Neftçi" idman direktoru Yens Anderssonla yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqaviləyə isveçli mütəxəssisin öz xahişi ilə qarşılıqlı razılıq əsasında xitam verilib. 2023-cü ilin sentyabrından klubumuzda çalışan Anderssona "Neftçi"dəki fəaliyyətinə görə təşəkkür edilib.
Qeyd edək ki, verilən qərarın komandanın son həftələrdə göstərdiyi nəticələrlə əlaqədar olmadığı bildirilib.
Rəşad Rafiqoğlu, Bizim.Media