AZ

FED kritik qərarını açıqladı - SON DƏQİQƏ

ABŞ Mərkəzi Bankı (FED) səbirsizliklə gözlənilən faiz qərarını açıqladı.

Marja.az xəbər verir ki, FED faizini 0,50 faiz bəndi azaldaraq 5,50%-dən 5,00%-ə endirdi. Beləliklə, Federal Ehtiyat Sistemi  2020-ci ildən bəri ilk faiz endirimini etdi. 

FED-in faizlərini 0,50 faiz bəndi endirməsi iqtisadiyyatda pisləşmənin daha narahatverici olduğuna işarədir.

Bazarlarda FED-in faizlərini 0,25 faiz bəndi, yoxsa 0,50 faiz bəndi azaldacağı barədə fikir ayrılığı var idi. FED-in faizlərini 0,25 faiz bəndi azaldacağı barədə proqnzolar daha üstünlük təşkil edirdi. 

0,50 faiz bəndi endirim olacağını proqnozlaşdıranlar, bunu iqtisadi artımın sürətlə yavşlaması, əmək bazarı məlumatlarının zəifləməsi və inflyasiyanın azalması ilə əsaslandırırdılar. 

Xəbər yenilənəcək...

fedabş mərkəzi bank faiz
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
11
marja.az

10Mənbələr