AXCP Rəyasət Heyətinin üzvləri Qarabağ qazisi Asif Yusifli və İlham Hüseyn istefa veriblər.
Asif Yusifli və İlham Hüseyn istefaları ilə bağlı sosial media hesablarında paylaşım ediblər. “Başda Əli Kərimli olmaqla Xalq Cəbhəsinin bütün üzvlərinə uğurlar arzulayıram. Uzun müddətli birgə fəaliyyətə görə bütün AXCP üzvlərinə təşəkkür edirəm. Bu gündən etibarən AXCP üzvlüyündən istefa verirəm. Çıxmağımın səbəbi nədir? Xroniki boykot. Prinsipial müxalifət mövqeyində qalıram. Fəaliyyətimi müstəqil olaraq davam etdirəcəm. Növbəti addımlarım haqda ictimaiyyətə məlumat verəcəm”,-deyə Asif Yusifli paylaşımında bildirib.
Qeyd edək ki, Asif Yusifli Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. O, uzun illər AXCP sıralarında fəaliyyət göstərib.
İlham Hüseyn isə paylaşımında Asif Yusiflinin istefasından sonra cəsarətlənərək bu addımı atdığını açıqlayıb.
“İlk öncə hər birinizə təşəkkür edirəm, biz bu yolda birgə olaraq mərd, cəsur və iradəli addımladıq. Artıq mən bu yolu bitirirəm, düşünürəm bizdən sonra yeni üzvlərə şans vermək vaxtıdır. Asif Yusiflinin istefası məni bu addımı atmağa cəsarətləndirdi. Biləsiniz ki, müxalif mövqeyimdə qalıram, sadəcə AXCP-dən istefa verdiyimi “public” olaraq bəyan edirəm. Hər birinizə uğurlar. İstefa vermək özü bir mədəniyyətdir”,-deyə İlham Hüseyn paylaşımında bildirib.
Musavat.com