Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat zamanı 33 yaşlı Cahid Vəkilovu şübhəli kimi saxlayıblar.
Xezerxeber.az xəbər verir ki, ondan ümumilikdə 16 kiloqram heroin, marixuana, metamfetamin və 100 ədəd metadon həbi aşkarlanıb. Araşdırmalarla Cahid Vəkilovun narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi və maddi qazanc qarşılığında deyiləcək ünvana çatdırmağa razılaşdığı müəyyən edilib.
Bərdədə də qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən 2 kiloqram tiryək aşkarlanıb. Əməliyyat tədbirləri nəticəsində əvvəllər dəfələrlə məhkum olunan Seymur Əliyev İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotiki satmaq istəyən zaman saxlanılıb.
Şübhəli şəxsin üzərindən və evindən 2 kiloqramdan artıq tiryək aşkarlanıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.