UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunun ikinci oyun günündə 2 qarşılaşma keçirilib.
Viral.az xəbər verir ki, İtaliyada baş tutan matçda yerli “Bolonya” Ukrayna təmsilçisi “Şaxtyor”la heç-heçə edib – 0:0.
Çexiya klubu “Sparta” isə doğma meydanda Avstiyanın “Zaltsburq” komandasını 3:0 hesabı ilə üstələyib.
Azarkeşlər saat 23:00-da başlayacaq daha 4 qarşılaşmanın şahidi olacaqlar.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
18 sentyabr
I tur
“Bolonya” (İtaliya) – “Şaxtyor” (Ukrayna) 0:0
“Sparta” (Çexiya) – “Zaltsburq” (Avstriya) 3:0
23:00. “Brügge” (Belçika) – “Borussiya” (Dortmund, Almaniya)
23:00. “Seltik” (Şotlandiya) – “Slovan” (Slovakiya)
23:00. “Mançester Siti” (İngiltərə) – “İnter” (İtaliya)
23:00. PSJ (Fransa) – Jirona (İspaniya)
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk tura sentyabrın 19-da yekun vurulacaq.