Finlandiya və Estoniya dəniz müdafiəsi sahəsində əməkdaşlığı artırırlar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Estoniya müdafiə qüvvələrinin komandanı Andrus Merilo bildirib.
Onun sözlərinə görə, iki ölkə Baltik dənizində Rusiya donanmasının hərəkətini qadağan etmək üçün konkret planlar hazırlamalıdır. O, ümid etdiyini bildirib ki, Estoniya Finlandiya ilə birlikdə, zərurət yaranarsa, Baltik dənizində “düşmən fəaliyyətini tamamilə qadağan etmək”, o cümlədən “hərbi baxımdan” daha konkret planlar hazırlaya biləcək.
“Finlandiya körfəzinin bağlanması strateji baxımdan təhlükəsizlik şəraitindən asılıdır. Əgər təhlükə yaranarsa və zərurət yaranarsa, özümüzü qorumaq üçün bunu etməyə hazırıq”, – Merilo bildirib.