Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında Qazaxıstanla üz-üzə gəliblər. Manset.az xəbər verir ki, hər iki görüş VII turda baş tutub. Kişilərdən ibarət seçmə rəqibinə 3:1 hesabı ilə qalib gələrək yarışda 5-ci qələbəsini əldə edib. Aydın Süleymanlı – Denis Maxnev 1:0 Nicat Abasov – Kazıbek Noqerbek 0,5:0,5 Rauf Məmmədov – Alişer Süleymanov 0,5:0,5 Məhəmməd Muradlı – Ramazan Jalmaxanov 1:0 Qadınlardan ibarət milli isə rəqibinə eyni hesabla uduzaraq olimpiadada ilk məğlubiyyətini alıb. Günay Məmmədzadə – Bibisara Assaubayeva 0,5:0,5 Ülviyə Fətəliyeva – Meruert Kamalidenova 0:1 Gövhər Beydullayeva – Kseniya Balabayeva 0,5:0,5 Gülnar Məmmədova – Alua Nurman 0:1 Qeyd edək ki, kişi şahmatçılarımız daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub. Qadınlardan ibarət komandamız isə Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1) və Vyetnamdan (2,5:1,5) üstün olub, Argentina və Ukrayna ilə heç-heçə edib - 2:2.