AZ

Efirlərdə uzaq düşən xalq artistini İLLƏR SONRA Rasim Balayevlə görüntülədik-ÖZƏL VİDEO

Xalq artistləri Rasim Balayev və Zemfira Nərimanova uzun illər sonra bir araya gəlib. Köhnə dostların bir-biri ilə səmimi görüşünü və söhbətini Moderator.az kamerası lentə alıb.
 
Saytımıza açıqlama verən xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Zemfira Nərimanova bildirib ki, Rasim Balayevlə illər öncə “Otel otağı” filmində çəkilib.
 
“O bizim korifey sənətkarımız, dəyərli, mərd insandır. Mən onu dünyalar qədər çox istəyirəm. Bizim görüşümüz Milli Kino Günü ərəfəsində baş tutub. Rasim Balayev həqiqətən də öz sənətini, ələxsus da kino sahəsini təmənnasız sevən sənətkardır. O xəstə idi, özü də xaricdə müalicə alırdı. Amma buna baxmayaraq o təyyarədən düşər-düşməz həmin tədbirə gəlib qatıldı. Səhhətinə görə özünü yaxşı hiss etməsə də, üzü gülürdü. Çox dəyərli dostumdur. Günü bu gün də yalnız onunla böyük məmnuniyyətlə birlikdə çəkilərdim. Bilirsiniz ki, çoxdandır filmlərdə çəkilmirəm, Rasim müəllim özü də çəkilmir. Ona can sağlığı, uzun ömür diləyirəm. Allah onu 100 yaşına çatdırsın” deyə sənətkar deyib.
 
Özəl görüntüləri Moderator.az təqdim edir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
9
moderator.az

10Mənbələr