AZ

ABŞ 12 İran rəsmisinə qarşı sanksiya tətbiq edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ İrandan 12 məmuru sanksiya siyahısına əlavə edib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.
O, yazılı açıqlamasında bu tədbirlərin Avstraliya və Kanada ilə koordinasiyalı şəkildə görüldüyünə aydınlıq gətirib.
Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinə, İran Həbsxana Təşkilatının nümayəndələrinə, həmçinin xaricdə ölümcül əməliyyatlara görə məsuliyyət daşıyan şəxslərə qarşı məhdudiyyətlər tətbiq edilib.
Seçilən
163
30
oxu.az

8Mənbələr