UEFA Çempionlar Liqasının yeni formatda keçirilən əsas mərhələsində ilk turun növbəti oyunları baş tutub.
"Unikal" xəbər verir ki, futbol azarkeşləri 6 qarşılaşmaya şahidlik ediblər.
Günün ən maraqla gözlənilən görüşü İngiltərədə təşkil olunub. "Mançester Siti” son İtaliya çempionu “İnter”i qəbul edib. Matç qolsuz heç-heçə ilə nəticələnib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
I tur
“Bolonya” (İtaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna) - 0:0
“Sparta Praqa” (Çexiya) – “Zaltsburq” (Avstriya) - 3:0
“Seltik” (Şotlandiya) – “Slovan” (Slovakiya) - 5:1
“Brügge” (Belçika) – “Borussiya Dortmund” (Almaniya) - 0:3
“Mançester Siti” (İngiltərə) – “İnter” (İtaliya) - 0:0
PSJ (Fransa) – “Jirona” (İspaniya) - 1:0
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində birinci turun ilk 6 matçı sentyabrın 17-də keçirilib. İlk tura isə bu gün yekun vurulacaq.