İtaliya A seriyasında altıncı tur start götürüb.
"Unikal" xəbər verir ki, “Milan” turun açılış qarşılaşmasında “Leççe”ni qəbul edib.
İlk hissədə 5 dəqiqəyə 3 qol vuran “qırmızı-qaralar” matçın taleyini erkən həll edib.
Ardıcıl üçüncü qələbəsini qazanan “Milan” xallarının sayını 11-ə çatdırmaqla “Torino” ilə birgə şərikli lider olub.