İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi Prezident Administrasiyası rəhbəri Möhsün Hacımirzayinin icraçı köməkçisi vəzifəsinə təyin olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Yerli medianın yazdığına görə, H. Məcidi İran prezidentinin qızı Zəhra Pezeşkianın həyat yoldaşıdır. Onun baş maliyyə eksperti olduğu və bu vəzifəyə təyin olunmazdan öncə özəl şirkətlərdə çalışdığı deyilir.
Məlumata görə, İraqa səfəri zamanı Məsud Pezeşkianı qızı və kürəkəni müşayiət edib.