AZ

İrandan BMT-yə Livanla bağlı çağırış...

BMT-nin Baş katibi Antonio Quterreş və BMT Təhlükəsizlik Şurası peycerlərin partlaması nəticəsində yaralanan İranın Livandakı səfiri Müctəba Amaniyə hücumu birmənalı şəkildə pisləməlidir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyinin TŞ-yə göndərdiyi məktubda deyilir.

"BMT-nin baş katibi və Təhlükəsizlik Şurası birmənalı şəkildə İsrailin terror hərəkətlərini və İranın Livandakı diplomatik missiyasının rəhbərinə qarşı törətdiyi iyrənc cinayəti, habelə Livanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını və Livan vətəndaşlarına qarşı hücumları pisləməlidir", - deyə bildirilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
15
2
milli.az

3Mənbələr