Kontakt Home
Bazar araşdırması üzrə mütəxəssis
Son tarix 18 okt 2024 – Müraciət et
Təsvir
- Təyin edilmiş marketinq araşdırması layihəsinin məqsədlərinin və bu məqsədlərə çatmaq üçün istifadə ediləcək ən yaxşı üsulların müəyyən edilməsi;
- Anketlər, sorğular və digər məlumat toplama resurslarının hazırlanması;
- Məhsul və xidmətlərin rəqabətə davamlılığı, bazarın inkişaf trendləri istiqamətində strateji təhlillərin aparılması;
- Cari məhsul bazarı, müştəri demoqrafiyası, məhsul tələbinə təsir edən amillərlə bağlı məlumatların araşdırılması; mövcud məhsulların satışını və bazara nüfuzunu artırmaq üçün müvafiq tövsiyələr verilməsi;
- Digər bazar iştirakçılarının fəaliyyət (qiymət, satış və marketinq metodologiyası) ilə bağlı məlumatların dövri olaraq toplanıb təhlil edilməsi;
- Toplanmış məlumatlar əsasında marketinq və satış meyllərinin proqnozlaşdırılması və izlənməsi;
- Rəhbərliyə nəticələr üzrə hesabatlar və təqdimatların təqdim edilməsi.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Tələblər
- Ali təhsil(Marketinq, statistika üzrə təhsil arzu olunandır);
- Müvafiq sahə üzrə iş təcrübəsi – 1 ildən;
- Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
- Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
- SPSS, SAS, Excel kimi analitika alətlərində işləmək bacarığı;
- Araşdırma və tədqiqat bacarıqları;
- Statistikada nümunələri qeyd etmək bacarığı;
- Təşkilati və təqdimat bacarıqları;
- Analitik düşünmə qabiliyyəti;
- Ünsiyyət və komandada işləmək bacarığı;
- İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.