Livanda rabitə cihazlarında baş verən yeni partlayışlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
Sitat.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi teleqram kanalında məlumat yayıb.
Məlumatda yaralıların sayının 450 nəfərdən 460-a yüksəldiyi bildirilir. Ölən və yaralananların əksəriyyəti 2023-cü ilin oktyabrından Livanın cənubundakı sərhəd bölgələrində İsrailə qarşı döyüşən "Hizbullah" hərəkatının tərəfdarlarıdır.