AZ

Heydər Əliyev Fondu “Zamin” Beynəlxalq İctimai Fondu ilə memorandum imzalayıb

Heydər Əliyev Fondu və “Zamin” Beynəlxalq İctimai Fondunun nü­mayəndə heyəti arasında görüş keçirilib. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və “Zamin” Beynəlxalq İctimai Fondunun icraçı orqanının rəhbəri Tamilla Əliyeva birgə əməkdaşlıq və həyata keçi­riləcək layihələr barədə müzakirə aparıblar.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında qarşılıqlı münasibətlər, dövlət sə­viyyəsində yüksək səviyyəli əlaqələrə hər iki ölkənin qeyri-hökumət təşkilatı kimi Heydər Əliyev Fondu və “Zamin” Fondu­nun verəcəyi töhfə diqqət mərkəzində olub.

Həmçinin təhsil, səhiyyə və mədəniy­yət sahəsində gələcək birgə fəaliyyət nəzər­dən keçirilib, iki ölkə gənclərinin təcrübə mübadilələri, qarşılıqlı səfərləri müzakirə olunub.

Azərbaycanın bu ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29 çərçivəsində “Zamin” Fondu ilə əməkdaşlıq da diqqət mərkəzində olub.

Görüş zamanı Heydər Əliyev Fondu ilə “Zamin” Beynəlxalq İctimai Fondu arasın­da gələcək əməkdaşlığa dair memorandum imzalanıb.

Qeyd edək ki, “Zamin” Fondu Özbə­kistanın dayanıqlı inkişafı və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə dəstək göstə­rilməsi, ətraf mühit sahələrində və sosial sahədə layihələr həyata keçirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
32
xalqqazeti.az

10Mənbələr