AZ

Payız-qış mövsümü ilə bağlı vurulan vaksinlərin əks göstərişləri varmı? - VİDEO

Payız-qış mövsümü ilə bağlı Azərbaycanda qrip əleyhinə vaksinasiyaya başlanılıb.

Day.Az xəbər verir ki, hər il bu aylarda qripin yayılmasının qarşısını almaq üçün müyyən vaksinasiyalar həyata keçirilir. Bu il də vətəndaşlar virusdan  qorunmaq üçün  vaksin ölkəyə gətirilən kimi  polinikalara üz tutublar.

Sentyabrın 10-dan etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vaksinasiya məntəqələrinin işi qaydalara uyğun olaraq və "soyuq zəncir" sisteminin tələbləri nəzərə alınmaqla təşkil olunub. Peyvənd böyüklər və 6 aydan yuxarı olan uşaqlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, qrip əleyhinə peyvənd olunmaq könüllülük prinsipi əsasında həyata keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
176
15
day.az

10Mənbələr