Rusiya tikinti sənayesi şirkətləri Azərbaycana işgüzar missiya ilə gələcək. Bu barədə Rusiya İxrac Mərkəzi (RİM) məlumat yayıb. Rusiya tikinti sənayesi şirkətləri RİM-in dəstəyi ilə Azərbaycana biznes missiyası ilə gələcək. Oktyabrın 3 və 4-də Bakıda iki gün ərzində 20-yə yaxın rusiyalı istehsalçı potensial tərəfdaşlarla əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edəcək.
Rusiyanın müxtəlif regionlarından olan şirkətlər Bakıda müasir tikinti materialları və avadanlıqları, tikinti və dizayn üçün innovativ layihələr və həllər təqdim edəcək.
Mətləb