AZ

Antiterror tədbirlərinin keçirilməsi Azərbaycanın legitim hüququ idi - Kamaləddin Qafarov

Bakı. Trend:

İkinci Qarabağ savaşının Azərbaycanın tam və qəti qələbəsi iləbaşa çatmasından keçən 3 il ərzində Ermənistan 10 noyabr üçtərəflibəyanatının müddəalarına əsasən üzərinə götürdüyü öhdəliklərə əməletməkdən yayınırdı. Xüsusilə Azərbaycanın Qarabağ bölgəsindəErmənistan silahlı birləşmələrinin mövcudluğu regional sülh vəsabitlik üçün ciddi təhlükə mənbəyi olaraq qalırdı.

Bu sözləri Trend-ə açıqlamasında VI çağırış Milli Məclisindeputatı Kamaləddin Qafarov deyib.

K.Qafarov xatırladıb ki, 2023-cü ilin yay aylarında həminsilahlı birləşmələr tərəfindən Azərbaycan Ordusunun mövqelərininmüxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması,ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərindəyeni hərbi-mühəndis qurğularının yaradılması iləmöhkəmləndirilməsi, şəxsi heyət, zirehli texnika, artilleriyaqurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi gərginliyi xeyli artırmışdı.“Bu birləşmələrin təxribat dəstələri Azərbaycan Ordusununbölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərini getdikcə genişləndirir,mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmişərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədiləyenidən minalanmasını həyata keçirir və bununla həm hərbçilərimiz,həm də mülki şəxslər arasında itkilərə səbəb olurdular. Ölkəmiz2020-2023-cü illər ərzində Ermənistan silahlı qüvvələrininAzərbaycanın Qarabağ bölgəsindən çıxarılmasının zəruriliyi iləbağlı dəfələrlə həm Ermənistan tərəfinə, həm də beynəlxalqtəşkilatlara çoxsaylı müraciətlər etsə də, qarşı tərəf nəinki buöhdəliyinə əməl etmir, əksinə ölkəmizə qarşı silahlıtəxribatlarının intensivliyini bir qədər də artırırdı. Bütün bunlarəlbəttə ki, tamamilə yolverilməz bir hal idi. Azərbaycan dövlətiisə bu kimi halların qarşısını almaq iqtidarında olmaqla yanaşı,eyni zamanda da bunu həyata keçirmək kimi legitim hüquqa sahibidi.”

Fikirlərini davam etdirən müsahibimiz bildirib ki, Azərbaycanişğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyinaradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışınıtəmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi vəməsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 ilmüddətində əlindən gələni etdi: “Lakin ölkəmizin bütün bu sülhçağırışları cavabsız qaldı. Ermənilər Azərbaycanın humanistçağırışlarını dəyərləndirmək əvəzinə canlı qüvvələrinin sayınıartırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğulidilər. Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılarmüstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq“prezident”lərini seçir, qondarma “parlament”ləri adındanAzərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər. 2023-cü ilsentyabrın 19-da erməni silahlı qüvvələri yenidən bir sıragenişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Həmingün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş ermənisilahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşaşəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu.Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinigücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinəgətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi.Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatınmüddəalarının icrasının təmin olunması, Azərbaycan RespublikasınınKonstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokalxarakterli antiterror tədbirləri başlanıldı. Cəmi 23 saat davamedən əməliyyat nəticəsində erməni separatçıları ağ bayraqqaldırmağa məcbur oldular. Sentyabrın 28-də isə Qarabağın separatçırejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi iləbağlı sənəd imzaladı. Beləliklə, 24 saatdan az müddətdə həyatakeçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisindəqanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək,ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv olundu,separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlətsuverenliyini tam təmin etdi. Azərbaycanın keçirdiyi bir günlükantiterror əməliyyatı Xankəndi, Xocalı, Ağdərə, Xocavənd vəƏsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzünvə suverenliyimizin tam bərpası ilə yekunlaşdı”.

Seçilən
15
20
az.trend.az

10Mənbələr