AZ

İranın Baş Qərargahı Haniyənin ölümünə görə ABŞ və İsrailə XƏBƏRDARLIQ ETDİ

İran Silahlı Qüvvələrinin Baş Qərargahı Haniyənin ölümünə görə ABŞ və İsrailə xəbərdarlıq edib.

İnterpress.az xəbər verir ki, bu barədə İranın Baş Qərargahı rəsmi açıqlama yayıb.

“Biz cinayətkar Amerika və onun regiondakı (İsrail) saxta marionet rejiminə xəbərdarlıq edirik ki, zamanın keçməsi İslam Respublikasının Haniyənin qanının qisasını almaq istəyini dəyişməyəcək… Sionist rejim onun qətlinin əvəzini ödəməlidir”, – açıqlamada deyilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
17
1
interpress.az

2Mənbələr