AZ

Gəncə Dövlət Filarmoniyasinda “Musiqinin gücü” layihəsi Milli Musiqi Gününə həsr olunub – FOTO

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında 18 sentyabr – Milli Musiqi Günü münasibətilə “Musiqinin gücü” layihəsi çərçivəsində konsert proqramı keçirilib.

Gəncə Dövlət Filarmoniyasından Vətəninfo.az-a verilən məlumata görə, filarmoniyanın Xalq Çalğı Alətləri Orkestri və Kamera Orkestrinin müşayiəti ilə təşkil edilmiş konsertdə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”, “Cəngi”, “Arazbari”, “Leyli və Məcnun” operasından “Müqəddimə” səsləndirilib.

Bildirilib ki, Əməkdar artist Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Rüstəm Cəfərov, Elmir Pişnamazzadə, bəstəkarın “Sənsiz”, “Sevgili canan” romanslarını, Müslüm Maqomayevin “Nərgiz” operasından “Nərgizin mahnısı”nı, Fikrət Əmirovun “Azərbaycan elləri”, Niyazinin “Vətən nəğməsi”, Süleyman Ələsgərovun “Neylərəm” əsərlərini ifa ediblər.

Filarmoniyanın qarşısında keçirilən konsert tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
4
veteninfo.az

7Mənbələr