AZ

Əməliyyatla qadın olan 37 yaşlı model öldürüldü – FOTOlar

Tbilisidə məşhur trans model Kesariya Abramidze qətlə yetirilib.

Editor.az axşam.az-a istinadən xəbər verir ki, 37 yaşlı model mənzilində ölü tapılıb. Onun bədənində bıçaq xəsarətləri aşkarlanıb. Ona təxminən 50 bıçaq zərbəsi vurulub.

“Pirveli” telekanalının məlumatına görə, qətli törətməkdə şübhəli bilinən yaşı 30-dan az olan şəxs axtarışa verilib. Buna sosial şəbəkələrdə yayılan fotonun səbəb olduğu iddia edilir.

Kesariyanın dostları onun uzun müddətdir bir kişi ilə münasibətdə olduğunu bildirib.

Qeyd edək ki, Abramidze Gürcüstanın ən məşhur trans qadınıdır. O, müntəzəm olaraq müxtəlif tok-şoulara dəvət alır, seriallarda çəkilir və tez-tez qalmaqallı müsahibələr verir. 2018-ci ildə o, transgenderlər arasında keçirilən gözəllik müsabiqəsində Gürcüstanı təmsil edib.

Onu da qeyd edək ki, bir neçə gün əvvəl Gürcüstanda cinsiyyət dəyişdirilməsi qadağan edilib.

Seçilən
51
24
editor.az

10Mənbələr