AZ

Miroslav Kloze: “Mahir Emrelinin fərq yaradacağına inanıram”

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze növbəti dəfə Azərbaycan millisinin futbolçusu Mahir Emreli haqqında danışıb.

Msport.az xəbər verir ki, bu barədə Almaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Mən inanıram ki, Mahir Emreli sonradan meydana çıxsa, fərq yarada bilər. O, 90 dəqiqə oynamağa hazır deyil. Amma matça sonra daxil ola bilər”, – deyə mütəxəssis bildirib.

Qeyd edək ki, azərbaycanlı hücumçu “Ulm” komandasına səfərdə 2:1 hesabı ilə qalib gəldikləri II Bundesliqanın V turunun oyununda iştirak ərizəsində yer alıb. “Nürnberq” sentyabrın 21-də “Herta”nı qəbul edəcək.

Seçilən
47
6
msport.az

7Mənbələr