AZ

Maduronun həbsinə order verilməsi tələb edildi

Avropa Parlamenti (AP) Venesuela prezidenti Nakolas Maduroya qarşı beynəlxalq həbs qərarı verilməsini və müxalifət lideri Edmundo Qonzales Urrutianın dövlət başçısı kimi tanınmasını istəyib.

"Unikal" xəbər verir ki, bu barədə AP-nin qətnaməsində deyilir.

"Biz Aİ və üzv dövlətləri Nikolas Maduronun insanlığa qarşı cinayətlərə görə beynəlxalq həbsinə order tələb etməyə çağırırıq", - sənəddə deyilir. 

Bundan əlavə, Avropa Parlamentinin deputatları Venesuela Milli Seçki Şurasının üzvlərinə qarşı sanksiyaları bərpa edəcəklər.

Sentyabrın 2-də ABŞ Venesuela prezidentinin təyyarəsini ələ keçirərək Floridaya aparıb. ABŞ Ədliyyə Nazirliyi təyyarənin ABŞ-nin sanksiyalar qanunlarını pozduğuna görə müsadirə edildiyini bildirib.

Gülayə Mecid 

Seçilən
13
50
unikal.az

10Mənbələr