AZ

Kredit ödəyəndə diqqət edin: “MilliÖn” faiz tutur

İctimai fəal Haldun Novruzzadə “MilliÖn” terminalları ilə bağlı müzakirələrə səbəb olan paylaşım edib.

NOCOMMENT.az Globalinfo.az-a istinadən xəbər verir ki, H.Novruzzadə kredit ödəyən zaman əlavə komissiya haqqı tutulduğunu bildirib.

“Deməli, “MilliÖn” sentyabr ayından ödədiyiniz kreditlərdən bir faiz xidmət haqqı tutur. Məsələn, 2000 manat kredit ödəyirsinizsə, 20 manatını “MilliÖn” avtomatik çıxır. Bunu da qəbzdə göstərmir deyə sizin xəbəriniz olmur. Buna görə də əskik pul ödədiyiniz üçün adınız gecikməyə düşür”, – deyə fəal bildirib.

“MilliÖn” Xidmət Mərkəzindən verilən məlumata görə, həmin komissiyanı banklar tutur:

“Hər bir komissiya bank tərəfindən təyin olunur. Ödəniş zamanı məbləği daxil etməmişdən öncə monitorun üzərində komissiyanın çıxılacağı barədə məlumat yazılır. Ola bilər ki, müştəri buna diqqət yetirmədən ödəniş edir. Ümumiyyətlə, “MilliÖn” tərəfindən komissiya tətbiq edilmir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
24
nocomment.az

10Mənbələr