AZ

Qəzzada insanlar 2 gündən bir qidalanır -

Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) İsrail ordusunun 11 aydan çoxdur hücumlarını davam etdirdiyi Qəzzada insanların orta hesabla iki gündə bir yemək yediyini açıqlayıb.
Metbuat.az bildirir ki, İsrailin hücumları nəticəsində didərgin düşən fələstinlilərin sayının 2 milyona çatdığı qeyd edilib. Bəyanatda, Norveç Qaçqınlar Şurası (NRC) və digər təşkilatların məlumatlarına görə, ehtiyac duyulan ərzaq yardımının yüzdə 83-nün Qəzza zolağına çatdırıla bilmədiyi vurğulanıb.Qeyd olunub ki, UNRWA və tərəfdaşları təşkil etdikləri fəaliyyətlərdə qida çatışmazlığının təsirlərini azaltmaq üçün uşaqlara yüksək enerjili peçenyelər paylayıblar.

İsrailin qadağaları səbəbindən Qəzzada bir çox insan qida, su, gigiyena materialları və sığınacaq kimi əsas ehtiyaclara çata bilmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
2
metbuat.az

3Mənbələr