AZ

“Zirə Gülçülük” MMC məcburi auditdən yayındığına görə cərimələnib

“Zirə Gülçülük” MMC məcburi auditdən yayındığına görə cərimələnib. 

"Operativ Media"nın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə barəsində protokol tətbiq edilmiş konservatoriya ilə bağlı müraciətə baxılıb.  

Hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.  

Qeyd edək ki, “Zirə Gülçülük” şirkəti daha əvvəl eyni və digər xətaya görə cərimələnmişdir. 

Seçilən
111
22
operativmedia.az

10Mənbələr