AZ

Kivi və bibər idxalatçısı olan “South Potato” şirkəti cərimələndi

“South Potato” MMC məcburi auditdən yayındığına görə cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir. 

Qeyd edək ki, “South Potato” MMC kivi, bibər və digər məhsulların İrandan idxalı ilə məşğul olur. Şirkətin İrandan idxal etdiyi kivi və bibər məhsullarında “Tut qalxanlı yastıcası” və “Qonur qırışıqlıq virusu” aşkarlandığı üçün məhdudiyyət tətbiq edilib.

Seçilən
50
29
iqtisadiyyat.az

10Mənbələr