AZ

Hindistanın Ukraynaya dair təklifləri var – Nazir açıqladı

Hindistan bir sıra mühüm tərəfdaşlar və liderlərlə Ukraynada nizamlanma üzrə danışıqlarda iştirak edir.

Yenicag.az xəbər verir ki, bunu Hindistan xarici işlər nazirinin müavini Vikram Misri brifinqdə jurnalistlərə deyib.

O, danışıqların getdiyi şəxslərin adlarını açıqlamayıb: kapital bank vakansiya

“Hindistanın sülhməramlı roluna və bizim ikitərəfli tərəfdaşlarımızla və ya çoxtərəfli platformada Ukrayna üzrə sülh formulunu təklif edə bilib-bilməyəcəyimizə və sülh təklifi üzərində işləyirik. Hazırda biz bir neçə mühüm tərəfdaş və liderlə bir sıra danışıqlarda iştirak edirik.

Bu danışıqlar davam edir və yaxın vaxtlarda nəticələr barədə sizə məlumat verəcəyik. Hazırda bu çox vacib məsələlər üzrə həmsöhbətlərimizlə qarşılıqlı əlaqədəyik.

Misri qeyd edib ki, Hindistanın baş naziri Narendra Modinin sentyabrın 21-23-də ABŞ-a səfəri zamanı liderlərlə konkret görüşlər hazırlanır. Hökumət başçısı Dördtərəfli Təhlükəsizlik Dialoqu (QUAD) liderlərinin görüşündə və BMT-nin Gələcək Sammitində iştirak edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
1
yenicag.az

2Mənbələr