Rumıniya öz ərazisində Ukrayna dəniz piyadalarının hazırlanması üçün təlim mərkəzi yaratmaq istəyir.
HİT.az "Euractiv"ə istinadən xəbər verir ki, Rumıniya prezidenti Klaus İohannis parlamentə ünvanladığı məktubda Ukrayna silahlı qüvvələrinin təlimlərinin intensivləşdirilməsi və şaxələndirilməsinin zəruriliyini vurğulayaraq, parlamentdən belə bir təlim mərkəzinin yaradılmasına razılıq verilməsini xahiş edib.
Qeyd olunur ki, bu təklif Ukraynanı dəstəkləyən 57 ölkənin və Avropa İttifaqının alyansı olan Ukraynanın müdafiəsi üzrə Təmas Qrupu çərçivəsində verilib.
"Rumıniya bu dəniz təlim mərkəzinə ev sahibliyi edəcək və mövcud imkanlar çərçivəsində Ukrayna dəniz piyadalarının təliminə dəstək verəcək. Beynəlxalq ictimaiyyətin töhfələri mərkəzin fəaliyyətini dəstəkləyəcək, Böyük Britaniya isə onun ilkin hərbi təlimləri üçün tam maliyyə və planlaşdırma dəstəyi verəcək", deyə məqalədə qeyd edilir.
Qeyd olunur ki, mərkəz hərbi tərəfdaşlar tərəfindən əvvəlcədən razılaşdırıldıqdan sonra iki il fəaliyyət göstərəcək. Eyni zamanda, Rumıniya təhsil prosesi zamanı və ya razılaşdırılmış müddət bitdikdən sonra istənilən vaxt öhdəliklərdən imtina etmək hüququnu özündə saxlayır.
Samir