AZ

Bakıda tıxacı bu yolla aradan qaldırmaq mümkündür - ÇARƏ TAPILDI

Yeni tədris ilinin başlamasından etibarən paytaxt yollarında və ictimai nəqliyyatda dəhşətli sıxlıq müşahidə olunur. Xüsusən, Bakının mərkəzi yollarında və şəhərə giriş-çıxışlarda günün pik saatlarında nəqliyyatın hərəkəti demək olar ki, iflic olur. Bir çoxlarına görə, hazırda müşahidə olunan tendensiya son illərin ən yüksək sıxlığıdır. Bəs görəsən çıxış yolu nədir? Paytaxt sakinlərinin iztirabına çevrilmiş tıxacların və sıxlığın qarşısını necə almaq olar? Gender.Az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan memar və urbanoloq Sübhan Cəfərzadə bildirib ki, bu məsələdə qalıcı çıxış yolu İstanbul nümunəsindən istifadə etməkdir:"Bu mövzuda qardaş Türkiyə nümunəsini misal göstərə bilərik. İstanbul şəhərinin tıxacı dünyada məşhurdur. O şəhərdə rəsmi rəqəmlərə görə 15, amma faktiki olaraq 20 milyon insan yaşayır. Tələbələri, müvəqqəti işləmək üçün gələnləri də nəzərə alsaq, bu rəqəm daha da yüksəkdir. Ancaq sakinlər və şəhər rəhbərliyi qorxunc tıxaclardan xilas olmaq üçün maraqlı və effektiv bir üsul tapıblar. İstanbulda sakinlər işi, univeristeti, məktəbi hansı stansiyaya yaxındırsa, oradan ev alırlar və yaxud kirayə mənzil tuturlar. Bu çox səmərəli variantdır. Belə olanda şəhər sözün əsl mənasında sistemləşir. Ərazi müqayisəsi ilə yanaşsaq, Bakı sıxlığın həcminə görə İstanbuldan heç də geri qalmır. Niyə də biz bunu paytaxtda da tətbiq etməyək? Məsələn, bir nəfər tələbədir və Bakı Dövlət Universitetində oxuyur. Onun üçün ən əlverişli yer metronun "Elmlər Akademiyası" və ya "İnşaatçılar" stansiyasından kirayə ev tapmaqdır. Yaxud deyək ki, hansısa vətəndaşın iş yeri Nəsimi rayonu ərazisindədir. Həmin vətəndaş üçün "20 Yanvar", "Memar Əcəmi" və yaxud 8 "Noyabr" kimi stansiyaların yaxınlığında ev almaq və yaxud kirayələmək daha yaxşıdır". Urbanoloq dünyanın bir çox ölkəsində bu təcrübədən geniş istifadə olunduğunu qeyd edib:"Təsəvvür edin, 1500-2000 tələbə hər gün "Həzi Aslanov"dan, "Əhmədli"dən metroya minir və "Elmlər Akademiyası"na və yaxud "Gənclik" stansiyasına univeristetə gəlir. Yolda qatara minənləri də nəzərə alsaq, nə dərəcədə dəhşətli sıxılığın olacağını deməyə ehtiyac yoxdur. Düzdü, burada şəhərin müxtəlif yerlərinə görə, qiymət fərqləri də var və paytaxtın hər yerindən ev tapmaq elə də rahat deyil. Amma ən azından şəhər əhalisinin 70-80 faizi bu cür məskunlaşsa, tıxac və nəqliyyatdakı sıxlıq əhəmiyyətli dərəcədə azalar. Azərbaycana hələki belə ənənələr yaddır, ancaq dünyanın bir çox ölkələrində vətəndaşlar ev almağa üstünlük vermir. Onun yerinə daim gedib-gəldikləri iş yerlərinin və ya təhsil müəssisələrinin yaxınlığında kirayə ev götürməyə daha çox meyl edirlər". 

Seçilən
36
12
gender.az

10Mənbələr