AZ

Quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda vətəndaşa qarşı hədə-qorxu gələrək quldurluq etməkdə təqsirləndirilən Fərahim Mirzəzadənin cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Avtosferaz APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib.

Daha sonra hökm elan edilib.

Hökmə əsasən, Fərahim Mirzəzadə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Fərahim Mirzəzadəyə qarşı Cinayət Məcəlləsinin 181.2.3 (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
1
avtosfer.az

10Mənbələr