Bakı. Trend:
Sentyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA”İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakıilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakı şəhəri,Nərimanov rayonu, Məmməd Araz küçəsi ilə Molla Cümə küçələrininkəsişməsindəki ərazidə ağacəkmə aksiyası keçirilib.
Trend xəbərverir ki, “IDEA” könüllülərinin iştirakı ilə baş tutan budəfəkiaksiya ümumi sahəsi 7 hektar olan yaşıllıq zonasının bir hissəsindətəşkil olunub. Aksiya zamanı 200 ədəd Eldar şamı əkilib və ərazidəmüvafiq abadlıq işləri aparılıb. Sözügedən ərazidə ağaclarıneffektiv sulanması və su israfının qarşısının alınması məqsədilədamcılı suvarma sistemindən istifadə nəzərdə tutulub.
Bu gün paytaxtımızda hava təbəqəsi avtomobil nəqliyyatı,istehsal və istehlak fəaliyyəti zamanı yaranan tullantılarlaçirklənir, havada olan toz və digər yad maddələr insansağlamlığına, bütün ekoloji tarazlığa zərər verir. Meşə zolağınınsalınması və yaşıllaşdırma fəaliyyətləri ekoloji tarazlığınbərpasına və havanın keyfiyyətinin artırılmasına müsbət təsiredir.
“IDEA” İctimai Birliyi bu cür ekoloji aksiyaların mütəmadiolaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyiniinsanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onlarıekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.Vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdıqdaşikayət və təkliflərini şəhər və ya mobil telefonlardan 1113 qaynarxətt vasitəsilə IDEA İctimai Birliyinə çatdıra bilərlər.
Qeyd edək ki, “1113 - Təbiətin təcili yardımı” qaynar xətti vəmobil qrupu 2014-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti,IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanıntəşəbbüsü ilə “Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsindəyaradılıb. Sözügedən “qaynar xətt”ə daxil olmuş minlərlə vətəndaşşikayəti üzrə tədbir görülüb.