AZ

®“AccessBank”dan təhsil və səhiyyə işçilərinə 7 faizədək endirim kampaniyası!

®“AccessBank”dan

Müxtəlif peşə sahiblərinə sərfəli fərdi maliyyə həlləri təklif edən “AccessBank” səhiyyə və təhsil işçiləri üçün eksklüziv kampaniyaya start verir.

2 sentyabr - 30 noyabr tarixləri aralığında bu sahələrin əməkdaşları istehlak kreditləri üzrə faiz dərəcələrinə 7 faizədək endirimdən yararlana bilərlər. Xüsusi təklif 6 aydan 48 ayadək çevik ödəniş müddəti ilə 40 min manata qədər olan istehlak kreditlərinə şamil edilir.

Bu təşəbbüs “AccessBank”ın ictimai rifaha töhfə verən səhiyyə və təhsil sahələrinə dəstəyinin bir hissəsidir. Kampaniya bu sahələrin əməkdaşlarına şəxsi məqsədlərinə çatmaqda maliyyə dəstəyi verməyi hədəfləyir.

Əlavə məlumat üçün “AccessBank”ın filiallarına və ya onlayn formada müraciət edə bilərsiniz: https://bit.ly/3z9U1n7

“AccessBank” Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (feysbuk, instaqram, linkedin) müraciət edə bilərsiniz.

“AccessBank” QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2002-ci il 25 oktyabr tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 

 

 

Seçilən
92
11
azertag.az

10Mənbələr