AZ

Bloomberg: Maskın Bayden və Harrisə sui-qəsdlə bağlı yazısı araşdırılır

ABŞ-ın Məxfi Xidməti İlon Maskın “X” sosial şəbəkəsində Prezident Cozef Bayden və vitse-prezident Kamala Harrisə təhdid kimi qiymətləndirilə bilən yazısı ilə bağlı araşdırmaya başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

İlon Mask prezidentliyə namizəd Donald Trampa ikinci sui-qəsd cəhdindən sonra belə bir ritorik sual ünvanlayıb: “Niyə heç kim Baydeni və ya Harrisi öldürməyə cəhd etmir?”. Qısa müddət ərzində populyarlıq qazanan həmin post 700 mindən çox baxış və 57 min bəyənmə toplayıb. Yazı qısa müddət sonra sosial şəbəkədən silinsə də, ABŞ Məxfi Xidmətinin diqqətini cəlb edib.

Maskın sosial şəbəkədəki şərhləri ilk dəfə deyil ki, hüquq-mühafizə orqanlarının diqqətini çəkir. 2018-ci ildə ABŞ qiymətli kağızlar və birja komissiyası “Tesla” kompaniyasının hər bir səhminin 420 dollar müqabilində geri alına biləcəyi ilə bağlı dərc etdiyi məqaləyə görə İlon Maskı fırıldaqçılıqda ittiham etmişdi. Sonradan sahibkar komissiya ilə əldə etdiyi razılaşmaya əsasən 20 milyon dollar ödəməyə və kompaniyanın baş direktoru vəzifəsini saxlamaqla “Tesla”nın direktorlar şurasının sədri vəzifəsini tərk etməyə razılaşmışdı.

Seçilən
12
4
nocomment.az

5Mənbələr