AZ

Mask paylaşımlarına görə problemlə üzləşə bilər - ABŞ məxfi xidmət orqanı araşdırma başlatdı

Dünyanın ən varlı adamı İlon Mask sosial şəbəkələrdə prezident Co Bayden və prezidentliyə namizəd Kamala Harris haqqında yazdığı paylaşımlara görə problemlə üzləşib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Trampa qarşı sui-qəsd cəhdlərindən sonra tənqid hədəfinə çevrilən ABŞ-nin məxfi xidmət orqanının Maskla bağlı araşdırma başlatdığı bildirilib.

Qeyd edək ki, Mask keçmiş ABŞ prezidenti Trampa qarşı ikinci sui-qəsd cəhdindən sonra sahibi olduğu “X” sosial media platformasında “Heç kim Baydenə/Kamalaya sui-qəsd etməyə belə cəhd etmir” şəklində paylaşım etmiş, qısa zaman sonra isə bu paylaşımı silərək bunun bir zarafat olduğunu bildirmişdi.

“AzPolitika.info”

Seçilən
89
31
azpolitika.info

10Mənbələr