AZ

Sevdiyi qohumunu həmkəndlisinə qısqanan şəxsə cəza verildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Valeh Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Valeh Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 24 dekabr 2023-cü il tarixdə, saat 10 radələrində Lənkəran rayonunun Təngivan kəndində qeydə alınıb.
Belə ki, 2007-ci il təvəllüdlü Valeh Asif oğlu Əliyev bibisi qızı, 2003-cü il təvəllüdlü Sevgi Etibar qızı Əzimovanı bıçaqlayıb.
Yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Cinayət materiallarında qeyd edilib ki, Valeh qohumlarının evinə gedərək qadına onu sevdiyini bildirib, həmkəndlisi V.V. (şərti) ilə əlaqəsinin olub-olmadığını soruşub. Bu zaman onların arasında mübahisə yaranıb. Nəticədə Valeh evin qonaq otağındakı masanın üzərində olan mətbəx bıçağını əlinə götürüb zərərçəkmiş şəxsin qarın nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona xəsarət yetirib.
Xatırladaq ki, Sevgi Əzimova boşanıb, bir azyaşlı övladı var.
Seçilən
72
11
oxu.az

10Mənbələr