Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin komandanları Namiq İslamzadə və Ziya Camal Kadıoğlunun görüşündə iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Türkiyəyə səfər zamanı İslamzadə milli müdafiə naziri Yaşar Gülər və Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşüb.
“Görüşlərdə Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, gələcək birgə layihələrlə bağlı geniş fikir mübadiləsi aparılıb.Hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərdən danışılıb”, - Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.